Xəbərlər 28.09.2023 18:55 2401

Ulu Öndərin 100 illiyinə həsr olunan kitab sərgisi - Masallıda

Ulu Öndərin 100 illiyinə həsr olunan kitab sərgisi 

 

Masallı rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar müasir-müstəqil Azərbaycanın memarı, dünya şöhrətli siyasi xadimin milli dövlətçilik fəaliyəti və dövlət quruculuğu istiqamətində xidmətlərindən bəhs edən silsilə tədbirlər mütəmadi olaraq davam etdirilir. 
Növbəti tədbir sentyabrın 28-də, Ulu Öndərin adını daşıyan xatirə parkında gerçəkləşib. Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib. 
Sərgidə “Heydər Əliyev-100”,” “İlhamla irəli”, “44 günlük Zəfər tarixi”, “Masallı yazarları” və digər başlıqlar altında ədəbiyyat nümunələri və kitabxana fonduna daxil olmuş müxtəlif kitablar yer alıb. 
Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu və titanik fəaliyyətindən, qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən bəhs edən kitablar sərgi iştirakçılarının marağına səbəb olub. 
Gün ərzində davam edən sərgi ilə tanışlıq oxucularda xoş təəssürat yaradıb. Bildirilib ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsinin indiki və gələcək nəsillərə aşılanmasında, xüsusən gənclərdə kitaba olan marağın artırılmasında bu cür sərgilərin təşkili təqdirəlayiqdir.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı