Sumqayıt şəhərində hüquqşünaslar üçün növbəti təlim keçirilib - FOTOLAR
İnstitutun hüquqşünaslar üçün növbəti təlimi Sumqayıt şəhərində keçirilib.
QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu Avropa Şurasının dəstəyi Council of Europe DG Human Rights and Rule of Law Council of Europe Office in Baku və Sumqayıt Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçirib.
Qeyd edək ki, təlimdə ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar həmçinin Vəkillər Kollegiyasının üzvlərindən ümumilikdə 30 nəfər iştirak edib.
Pərvanə Fərhadqızı