Xəbərlər 29.09.2023 10:12 2271

Bu gün Azərbaycanın Milli Qəhrəmanlarının doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanları - Zakir Yusifov və Eldar Ağayevin doğum günüdür.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun mayoru olan Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Sasovski adına Mülki Təyyarəçilik məktəbini bitirib və ölkəmizin ilk hərbi vertalyot eskadrilyasının yaradılmasında iştirak edib. Cəsur komandir Zakir Yusifov Birinci Qarabağ müharibəsi ərzində yüzdən artıq uçuşlar edərək düşmənin xeyli zirehli texnikasını məhv edib. 11 oktyabr 1992ci ildə Səfiyan kəndi istiqamətdə növbəti uçuş zamanı Zakir Yusifovun vertolyotu ermənilər tərəfindən vurulub və bütün heyət qəhrəmancasına şəhid olub.

Azərbaycan Ordusunun polkovniki olan Eldar Ağayev 1955-ci il 29 sentyabrda Tbilisi şəhərində hərbçi ailəsində anadan olub. 1972-1976-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb və təhsilini bitirdikdən sonra orduda xidmət etməyə başlayıb. Bu illər ərzində Kamçatka yarımadasında, Almaniyada və Əfqanıstanda xidmət edib. Ermənilərin 1990-cı illərdin əvvəlində Azərbaycan torpaqlarına hücumları zamanı isə Eldar Ağayev 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayıb. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılıb və onlarla erməni quldurunu məhv edib. 1995-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən Eldar Ağayev 17 may 2013-cü ildə Bakı şəhərində vəfat edib.

Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı