Çexiya Rusiyanı ölkə üçün əsas təhlükə adlandırıb
Çexiyanın yeni müdafiə strategiyasında Rusiya ölkə üçün ən ciddi təhlükə adlandırılıb. Respublikanın Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib, hökumətdə səsvermə oktyabrda gözlənilir.
QHT.az xəbər verir ki, Müdafiə Nazirliyinin yeni müdafiə strategiyasının əsas müddəalarını əks etdirən sənədində deyilir ki, yeni müdafiə strategiyası Rusiyanı Çexiya üçün ən ciddi təhlükə kimi müəyyən edir. Münaqişə baş verəcəyi təqdirdə, Çexiyanın müttəfiq qüvvələr üçün mühüm nəqliyyat arteriyasına çevriləcəyini nəzərə almaq lazımdır. Yeni strategiya Ukraynadakı münaqişəni tam nəzərə alıb. Çexiyaya və ya NATO və Aİ ölkələrindən hər hansı birinə hərbi hücum ehtimalı Soyuq Müharibədən sonra ən yüksəkdir. Uzunmüddətli perspektivdə Rusiya Çexiya və onun müttəfiqlərinin təhlükəsizliyinə ən ciddi təhlükə yaradacaq. Çexiya müdafiə siyasətinin əsas vəzifəsi texnoloji cəhətdən inkişaf etmiş uzunmüddətli, yüksək intensivlikli müdafiə müharibəsinə hazırlaşmaqdır.
Pərvanə Fərhadqızı