Xəbərlər 30.09.2023 07:55 2712

 QHT sədri:  Naxçıvan görüşü Türkiyə-Azərbaycan strateji münasibətlərinin vahid konsepsiyasını ortaya qoydu

Son bir ay regionda baş verən siyasi proseslər və bu proseslərin önündə Azərbaycanın olması dünyanın siyasi dairələrinin diqqəti mərkəzindədir. Xüsusilə regionda Azərbaycan-Türkiyə tandeminin həlledici rola malik olması və bunun müsbət nəticələrə gətirib çıxarması da vacib məqamlardandır. Azərbaycan-Türkiyə münasibətlərində xüsusi məqama diqqət çəkmək lazımdır. Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın və müttəfiqliyin ən ali məqamına çatıb. Bu dostluq, qardaşlıq və müttəfiqlik, eyni zamanda, hər gün daha bir yeni mərhələyə yüksəlir. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin sonuncu toplantısında, dünyanın ən ali orqanının kürsüsündən Azərbaycana dəstək ifadə etməsi qardaşlığın dünya miqyasında daha bir bəyanı oldu.

 

QHT.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, xüsusilə bu çağırışın Azərbaycan dövlətinin lokal antiterror tədbirləri keçirdiyi ərəfəyə düşməsi də diqqətdə idi. Lokal antiterror tədbirlərinin qısa müddətdə uğurla nəticələnməsindən dərhal sonra Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri müəyyən mənada siyasi dairələri kifayət qədər düşündürürdü. Səfər proqramı əvvəlcən hazırlansa da, bütün hallarda ekspertlər tərəfindən müzakirəyə çıxarıldı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvan görüşü siyasi, iqtisadi və hərbi mövzuları əhatə etdi. Bu, təkcə iki ölkənin deyil, ümumilikdə regionun maraqlarına təsir edən bir səfər idi.

“Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarında müxtəlif aspektlərə toxundular. Səsləndirilən fikirlər həm iki ölkənin, həm də regionun gələcək inkişafı ilə bağlı aydın baxış formalaşdırdı.

Eyni zamanda, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə Türkiyənin enerji sahəsində ortaqlığı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verəcək. Naxçıvandakı görüş, həmçinin iki ölkə arasında strateji münasibətlərin vahid konsepsiyasını ortaya qoydu”, - deyə QHT sədri vurğulayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı