Xəbərlər 02.10.2023 10:07 2775

Qadınların və uşaqların rəqəmsal bacarıqları inkişaf etdirilir - FOTOLAR

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən avqustun 1-dən etibarən həyata keçirilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrası uğurla davam etdirilir.

Mərkəzdən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində 34 nəfər Gəncə şəhəri, həmçinin Samux, Göygöl və Kəlbəcər  royonlarında yaşayan qadınlara, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınlara regionun əmək bazarında daha çox ehtiyac olan “Sosial media marketinq” meneceri, “Kompüter operatoru” və “1C:Ticarətin idarə olunması” sahəsində təlimlər keçirilərək onların rəqəmsal bacarıqları inkişaf etdirilir. Bununla da daha həssas təbəqədən olan qadınlar üçün yeni məşğulluq, karyera və fərdi inkişaf imkanları artırılır.

Eyni zamanda, hədəf regionda yaşayan 18 nəfər yuxarı sinif şagirdlərinə (9-11sinif) Python proqramlaşdırma dili, həmçinin HTML Hipermətn işarələmə dili üzrə təlimlər keçirilərək onların proqramlaşdırma üzrə ilkin səviyyədə bilik və bacarıqları inkişaf etdirilir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı