Xəbərlər 02.10.2023 12:10 3416

PA-nın nümayəndələrinin iştirakı ilə QHT-lərlə görüşlər keçiriləcək

QHT.az xəbər veri ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva Report.az-a açıqlamasında Agentliyin layihələrdən əsas gözləntilərini açıqlayıb.

"Meyarlar qaydalarda aydın şəkildə göstərilib. Bizim əsas gözləntimiz ölçüləbilən nəticələr, layihələrin davamlılığı, ictimai faydalılığı, əhəmiyyətidir. Oktyabrın ortalarından başlayaraq, müsabiqələrdə iştirak etmək arzusunda olan bütün QHT-lərlə hissə-hissə görüşlər keçiriləcək. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndələrinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbər şəxslərinin iştirakı ilə reallaşdırılacaq bu informasiya sessiyalarında yeni qayda və meyarlardan irəli gələn bütün məsələlər aydınlaşdırılacaq, suallar cavablandırılacaq. Bütün QHT-ləri bu informasiya sessiyalarında iştiraka dəvət edirik. Görüşlərin vaxtı və yeri barədə Agentliyin saytında və sosial media səhifələrində əvvəlcədən məlumat yerləşdiriləcək. Artıq müsabiqələrdə iştirak etmək arzusunda olan QHT-lər müsabiqə mövzuları ilə əlaqədar daxildə ilkin hazırlıq işlərinə (mövzu, müsabiqə seçimi, “brainstorming” və s.) başlaya bilərlər."

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı