Xəbərlər 02.10.2023 12:19 4697

2024-cü ilin qrant müsabiqəsi ilə bağlı gözlənilən yeniliklər hansılardır?

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva report.az -ın "Ötən həftə - sentyabrın 28-də təmsil etdiyiniz Agentliyin Müşahidə Şurasının iclası keçirilib. Bu iclasda bir sıra qərarlar verilib. İslahatlar nöqteyi-nəzərindən “inqilabi” hesab olunan yeniliklər varmı? sualını cavablandırıb.

"- Əvvəla, onu deyim ki, QHT sektorunda dərinləşdirilən islahatların məntiqi nəticəsi olaraq, budəfəki müsabiqə qaydaları və qrant mövzularının təsnifatlaşdırılması forması tam yeni olacaq, Azərbaycanda milli donor institutunun mövcud olduğu son 15 ildə keçirilmiş heç bir müsabiqələrlə bənzərlik təşkil etməyəcək. İlk dəfədir ki, Agentliyin müsabiqələri Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında elan olunacaq. Bu qaydalar təxminən 2 həftə əvvəl artıq təsdiqlənib. Ən böyük yeniliklərdən biri odur ki, bütün müsabiqələr – kiçik, orta və böyük qrant müsabiqələri eyni anda elan olunacaq. İndiyədək qrant müsabiqələri ilin müxtəlif dövrlərində elan olunub, bu isə layihələrin icrasında xeyli çətinliklər, haqlı narazılıqlar yaradırdı. Agentlik ilk dəfə növbəti ilin müsabiqə elanlarını ondan əvvəlki ildə verəcək. Yeni qaydaya görə, müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 gün qalmış verilir. Agentliyin Müşahidə Şurasının ötən həftə keçirilmiş iclasında qərara alındı ki, kiçik, orta və böyük qrant müsabiqələri artıq 2023-cü ilin oktyabr ayının ortalarında elan edilsin. Bu isə o deməkdir ki, noyabrın ortalarında sənədlərin qəbuluna başlanılır, sənəd qəbulu 1 ay davam edəcək. Yəni elanın verilməsindən sonra 1 ay vaxt qalacaq ki, QHT-lər layihə təkliflərini rahat, ətraflı, yüksək keyfiyyətlə işləsinlər, daha sonra 1 ay da əlavə vaxt olacaq ki, layihələr Agentliyə elektron sistem vasitəsilə təqdim edilsin. Bu, layihələrin hazırlanması üçün ümumilikdə 2 ay vaxt deməkdir. İndiyədək QHT-lərə layihə yazmağa hazırlaşmaq və sənədlərini təqdim etmək üçün heç vaxt bu qədər vaxt verilməyib. Agentlik bu unikal fürsəti yaradıb ki, QHT-lərin keyfiyyət üzərində köklənməyə, plan üzrə işlərini səmərəli qurmağa tam şəraitləri olsun. Hər 3 qrant müsabiqəsinin eyni vaxtda elan edilməsi isə o deməkdir ki, QHT-lər müsabiqələrlə bağlı bütün mənzərəni, mövzuları aydın şəkildə görmək imkanı qazansın, seçim imkanları artsın. Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı, beləliklə, QHT işlərini optimal planlaşdırmaqda, mövzuları seçməkdə çətinlik çəkirdi. Artıq bu problem geridə qalır. Bu vaxta qədər QHT-lər Agentlikdən əsasən 5-20 min manat arası qrantlar alıblar. Bu il qrant məbləğlərinin yuxarı həddi kiçik, orta və böyük qrantlarda müvafiq olaraq, 15, 30 və 50 min manat olacaq. Bu dəstək vətəndaş cəmiyyətinə təşəbbüslərini daha yaxşı reallaşdırmağa, fəaliyyətində əsaslı dəyişikliklər yaratmağa imkan verəcək."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı