“44 günlük müharibədən sonra məndən 3 saatdan çox intervü aparmışdı”- QHT sədri
“BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası çərçivəsində BMT İnsan Hüquqları üzrə Ali Komissar ofisinin məsul əməkdaşları ilə təmas və görüşləri davam etdirirəm”.
QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, bu gün 20 ildən artıq tanıdığım, əvvəllər ATƏT DTİHB- də çalışmış Coxangir Əzizxocayevlə görüşdüm: “44 günlük müharibədən sonra məndən 3 saatdan çox telefonla intervü aparmışdı. Müharibə nəticəsində ziyan çəkən abidələr və s. O vaxt neytral mövqedən ona baş verənləri olduğu kimi çatdırmışdım. Burada tam başqa məlumatlardı. İndi də son hadisələr barədə ətraflı məlumat verdim. Həm də gətirdiyim matrealları təqdim etdim. Sabah da Petisiya bölməsində görüşüm, daha sonra Komitə üzvləri üçün brifinq planlaşdırılıb”.
Pərvanə Fərhadqızı