Xəbərlər 02.10.2023 17:41 2291

 Hüquq və İnsan Haqları İnstitutunda təlim keçirilib - FOTOLAR

Avropa Şurasının dəstəyi ilə Hüquq və İnsan Haqları İnstitutunda təlim keçirilib.

QHT.az xəbər verir ki, Avropa Şurası ilə birgə əməkdaşlıq çərçivəsində sentyabrın 29-da Hüquq və İnsan Haqları İnstitutunda “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda hüquqşünaslar üçün təlim keçirilib. Təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları olmaqla 24 hüquqşünas iştirak edib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə giriş nitqində İnstituta göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir cənab Petr Zixə təşəkkürünü bildirib və təşkil olunan təlimlərin hüquqşünaslar üçün əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix İnstitutla birgə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin müxtəlif dövlət qurumlarında çalışan hüquqşünaslar və vəkillər üçün faydalı olacağını bildirib. Səfir bu cür birgə layihələrin davamlı olmasına ehtiyac olmasını vurğulayıb. Sonra Petr Zix iştirakçılara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin tarixi inkişafı barədə dolğun informasiya verib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı