Xəbərlər 03.10.2023 00:06 3391

Zərdabda erkən nikahla bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Zərdab rayonunda “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı gənclərə təlim keçiriblər.

Birliyin sədri Samirə Mustafayeva QHT.az- a bildirib ki, çoxsaylı yeniyetmə gənclərin iştirak etdiyi təlim zamanı Nailə İsmayılova təlimçi olaraq erkən nikah və onun fəsadlarının gələcəkdə hansı faciələrlə nəticələndiyi barəsində iştirakçılara geniş məlumat verib: “O, qeyd etdi ki, biz nikah deyəndə cütlüyün dövlət qeydiyyatına alınmış  rəsmi nikahı başa düşürük. Əslində hüquqi cəhətdən də nikah belə olmalıdır. Erkən nikah isə uşaq evliliyi sayılır. Təbii ki, bu evlilik  uşaq hüquqlarının pozulması hesab edilərək qanunla ziddiyyət təşkil edir. Təlimdə iştirak edən yeniyetmə gənclər verdikləri suallarla erkən evliliyə mənfi münasibət bəslədiklərini və ona qarşı olduqlarını qəti şəkildə bildiriblər”.

Qeyd edək ki, tədbirdə Zərdab rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Bahar Qurbanova, Zərdab rayonu İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları komisiyasının aparıcı məsləhətçisi Mübariz Quluyev, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva iştirak ediblər.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı