Xəbərlər 03.10.2023 08:37 930

41 tələbə “PAŞA Holdinq”in Əlaçı təqaüdünü qazanıb - FOTOLAR

Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı müsabiqədə ötən il olduğu kimi, bu il də UNEC qalib olan tələbə sayına görə liderdir. Belə ki, 110 nəfər qalibdən 41 nəfəri məhz UNEC tələbəsidir.

Universitetdən QHT.az- a verilən məlumata görə, qaliblərin 17 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 16 nəfəri UNEC SABAH, 4 nəfəri Maliyyə və Mühasibat fakültəsinin, 2 nəfəri TÜDİFAK-ın, 2 nəfəri isə digər fakültələrin tələbələridir.

Qalib tələbələr bir il müddətində aylıq təqaüdlə təmin ediləcəklər. Təqaüddən əlavə, tələbələr üçün şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri nəzərdə tutulub.

Tələbələri təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq!

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı