Neapol son 40 ilin ən güclü zəlzələlərindən biri ilə sarsıldı
Yerli sakinlər vulkanın püskürə biləcəyindən ehtiyat edirlər.
QHT.az xəbər verir ki, Neapolda Fleqrean tarlalarının vulkanik bölgəsində 4 bal gücündə zəlzələ baş verib. Məlumata görə, bu, son 40 ildə ərazidə baş verən ikinci ən güclü zəlzələ olub. Zəlzələ yerli vaxtla saat 22:08-də baş verib. Zəlzələnin episentri şəhər mərkəzindən 9 km aralıda yerləşən Fleqrean tarlalarının vulkanik bölgəsində olub. Zəlzələ 2,61 km dərinlikdə baş verib və sentyabrın 27-də 4,2 bal gücündə daha bir əhəmiyyətli zəlzələdən sonra baş verib.
Qeyd edək ki, son həftələr ərazidə seysmik aktivlik müşahidə olunub. Yeraltı təkanları Neapolun bir neçə bölgəsinin sakinləri hiss ediblər. Zəlzələnin episentrinə daha yaxın ərazilərdə çoxları təşviş içində küçələrə qaçıb.
Pərvanə Fərhadqızı