Xəbərlər 03.10.2023 20:35 5045

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı müzakirələr aparılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 5.1, və 1.7-ci bəndlərinin ilkin və aralıq nəticələrinin birgə müzakirəsini keçirib. 

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, İcraçı direktorun müavini Emil Çaparlı, Agentliyinin departament rəhbəri Elnur Bağırlı və digər nümayəndələr, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvləri Esmira Cəfərova, Gülşən Paşayeva və digər təmsilçilər iştirak ediblər. Tədbirə bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri də qatılıb.


Müzakirələrdə Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verilib.
Tədbir diskussiya şəklində aparılıb, mövzu ilə bağlı QHT-lərin sualları cavablandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı