Xəbərlər 04.10.2023 01:37 2329

Müəllimlər Günü münasibətilə tədbir - Masallıda

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir 

 

Oktyabrın 3-də Masallıda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Masallı Qadın Resurs Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə adı çəkilən qurumların əməkdaşları,  təhsil, mədəniyyət,  tibb sahəsində çalışan qadınlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Masallı Qadın Resurs Mərkəzinin direktoru Nərgiz Muxtarova iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, onlara çalışdıqları sahə üzrə fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçıları tərəfindən “Müəllim kimdir”, “Gender əsaslı zorakılığın aradan qaldırılmasında müəllimlərin rolu” mövzusunda qrup işləri aparılıb.
Çay süfrəsi arxasında davam edən tədbir maraqlı, işgüzar müzakirələrlə yadda qalıb.

 

Akif AĞAYEV


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı