Azərbaycan ilk dəfə Dubayda BMT-nin Konfransında iştirak edir
Azərbaycan ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında ölkə pavilyonu ilə iştirak edir.
QHT.az xəbər verir ki, EU4Climate layihəsinin milli koordinatoru Nazim Məmmədov və Milli Uyğunlaşma Planı layihəsinin rəhbəri Zaur Əliyev Mine Action Portfolio ilə birgə COP28-də BMTİP Azərbaycanı təmsil edir. Bu iştirak Azərbaycanın Paris Sazişinə və BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyinin tərkib hissəsidir.
Qeyd edək ki, həmyerlilərimiz Azərbaycanın nailiyyətlərini, innovativ üsullarını və qabaqcıl təcrübələrini dünyaya çatdırırlar. Bu, BMTİP və Azərbaycan üçün digər ölkələri ruhlandırmaq və dayanıqlı Gələcəyin Mümkün olduğunu nümayiş etdirmək üçün əla fürsətdir.
Pərvanə Fərhadqızı