Xəbərlər 05.12.2023 00:58 2093

"Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik" mövzusunda Dəyirma Masa təşkil olunub - FOTOLAR

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda Dəyirmi Masa təşkil edib.

Birlikdən QHT.az-a verilən məlumata görə, “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində təşkil olunan Dəyirmi Masada Milli Məclisin deputatları, ANAMA, minadan zərərçəkənlər, Ombudsman Aparatı, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Avropa Birliyinin Azərbaycan Respublikasındakı səfiri və BMT İP nümayəndəsi çıxış ediblər. 
Dəyirmi Masada Almaniya, Belçika, Polşa səfirləri, ABŞ səfirliyinin nümayəndəsi iştirak edib.LINKS Europe təşkilatının direktoru “Minalardan Azad Cənubi Qafqaz” 2018-ci ildən başlayaraq “Minalardan Azad Cənubi Qafqaz” kampaniyası çərçivəsində görülən işlər, 2022-2023 Regional Kampaniyasının regionun müxtəlif yerlərində və Avropada həyata keçirtdiyi fəaliyyətləri barədə hesabat təqdim etmiş və gələcək planlar haqqında məlumat verib.

Dəyirmi Masa “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin LINKS Europe ilə birlikdə, BMT İP Azərbaycan Nümayəndəliyinin və Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, Dəyirmi Masa təşkilatının Cənubi Qafqazda mina qurbanları ilə mübarizəyə dair bu yeni kampaniyası, minaların yoluxucu təsirlərinin qarşısını almaq və minaların ləğvi üçün cəmiyyətin dəstəyini artırmaq üçün əhəmiyyətli bir addım təşkil edir. Hafiz Səfixanov, təşkilatın bu layihəsi ilə ictimai fədakarlığı artırmağa davam edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı