Xəbərlər 07.12.2023 10:36 1302

41 əsər öz vətəninə qayıdır

Türkiyədən qeyri-qanuni yollarla çıxarılan Anadoluda qabaqcıl sivilizasiyalara aid 41 tarixi əsər ABŞ-dan doğulduğu torpaqlara qayıdır.

QHT.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy verdiyi açıqlamada: “Qürur duyuruq! “Ölkəmizdən qeyri-qanuni yollarla çıxarılan daha bir qrup əsərimizi Nyu Yorkdakı Türk Evində aldıq. Bürünc başlar, büstlər və gümüş heykəlciklər də daxil olmaqla, daha 41 mədəni sərvətimiz vətənə qayıdır. Geri qaytarılan əsərlər arasında Bubon Qədim Şəhərindən 3 ədəd tunc heykəl başı və tunc qadın büstü Anadoluda Roma Dövrü heykəltəraşlığının mühüm nümunələrindəndir”.

 

Pərvaanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı