Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir – FOTOLAR
Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib.
QHT.az xəbər verir ki, UNEC-də bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaranmasının 100 illik yubileyinə həsr edilmiş kitab və UNEC Dizayn Məktəbinin müəllim və tələbələrinin rəsm sərgisi keçirildi. UNEC rektoru Ədalət Muradov ADMİU rektoru Ceyran Mahmudova başda olmaqla Universitet kollektivinin hər bir üzvünü yubiley münasibətilə təbrik edib.
QHT.az da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 100 yaşı münasibətilə təbrik edir. Bu universitet, ölkəmizin mədəniyyət və incəsənət sahəsindəki inkişafına böyük töhfədir. 100 illik tarixi ərzində əldə etdiyi bütün uğurlara görə təbrik və təşəkkür edirik. Onun nailiyyətləri ilə öyrənən nəsillər, ölkəmizin mədəni inkişafına daha da böyük töhfələr bəxş edəcəklərindən əminik.
R.İmanov