Şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş sənədli film çəkilib - VİDEO
Aprel döyüşlərinin qəhrəman şəhidi, "Murov Qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucova həsr olunmuş "Mənim Vətən Sevgilim" adlı sənədli film çəkilib.
QHT.az filmdən fraqmentləri sizlərə təqdim edir.
Qeyd edək ki, Şəhidimiz 1992-ci ildə Özbəkistandakı sovet ordusundakı xidmətini yarımçıq qoyaraq, Azərbaycana gəlmiş,doğma yurdu Ağdamın müdafiəsinə qoşulmuşdur.Şəhid milli qəhrəmanımız Allahverdi Bağırovun batalyonunda xidmət etmişdir. 1993-cü ildə anası erməni işğalçıları tərəfindən şəhid edildikdə Raquf ön xətdə döyüşlərdə olmuşdur. Döyüşlərdə yaralanmış və atəşkəs elan olunduqdan sonra Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 2003-2005-ci illərdə isə AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb.
R. İmanov