Xəbərlər 08.12.2023 10:56 1689

Dövlət Gömrük Komitəsində iqtisadçılar və ekspertlərlə görüş keçirilib - FOTOLAR

Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirak etdiyi görüşdə sön dövrlərdə gömrük orqanları tərəfindən həyata keçirilən islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verilib. Həmçinin gömrük əməkdaşları tərəfindən “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Səlahiyyətli İqtisadi Operator” (SİO), “Smart-Bot” layihələrinə dair təqdimatlar nümayiş etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az-a bildirib ki, Dövlət Gömrük Komitəsinin Sədri Cənab Şahin Bağırovun dəvəti ilə Hörmətli Şahin müəllim və onun komanda üzvləri ilə çox məzmunlu və konstruktiv şəraitdə keçən görüşümüz və fikir mübadiləmiz oldu: “Ölkədə fiskal siyasətin, gömrük tənzimləmə mexanizmlərinin həyata keçirilməsi istiqamətində 3 saatdan artıq müddət ərzində müzakirələr apardıq. Görüşdə iqtisadçılar, ekspertlər tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Dəvətə görə Şahin müəllimə öz təşəkkürümü bildirirəm”.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı