Xəbərlər 08.12.2023 16:23 2653

“Ailə planlaşdırılması artıq son illər bizim ən çox diqqət məqamımızı çəkən məsələlərdir” – QHT sədri
 

“Reproduktiv sağlamlıq nəsilartırma qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq sistemi onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir. Kompleks, sistemli şəkildə məsələyə yanaşılmalıdır”.

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az- a açıqlamsında bildirib. QHT sədri qeyd edəb ki, gənclər üçün daha aktual olaraq reproduktiv sağlamlıqda iki amil önə çəkilməlidir: “Birincisi cinsi yolla yoluxmalar, infeksiyaların qarşısının alınması, ikincisi isə ailə planlaşdırılmasıdır. Sözsüz ki, ailə planlaşdırılması artıq son illər bizim ən çox diqqət məqamımızı çəkən məsələlərdir. Bilirsiniz ki, nəsilartırma dövrü 18 yaşdan sonra başlayır. Azərbaycanda, xüsusən də regionlarımızda 18 yaşa qədər, hətta 17 yaşdan aşağı olan qızların ailə qurması təhrik olunması, zorakılıq, onlarla cinsi istismara məruz qalma halları baş verir. Bu halların qarşısı alınarkən çox təəssüflər olsun ki, qanunvericilikdə əsas həlledici məqamlarda bizə lazım olan nələrisə tapa bilmirik. Düşünürəm ki, təcili şəkildə reproduktiv sağlamlıqla bağlı qanun qəbul olunmalıdır. Reproduktiv sağlamlığın tələb və şərtlərinin pozulması halları ilə bağlı konkret mübarizə aparılma yolları ilə bağlı maddələr orada öz əksini tapmalıdır. Həm vətəndaş cəmiyyəti, həm dövlət, həm də Səhiyyə Naziriyi kompleks, əlaqəli şəkildə işləməlidir ki, bu problemlərin dərinləşməsinin və qarşısının alınmasında yardımçı olmalıdır”.  

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı