Xəbərlər 08.12.2023 18:03 4403

QHT 16 günlük Fəallıq Kampaniyası çərçivəsində fəaliyyətlərini davam etdirir - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi 25 noyabr Zorakılıqla Mübarizə Günü və 10 Dekabr İnsan hüquqları günü aralığında 16 günlük Fəallıq Kampaniyası çərçivəsində müxtəlif tədbirlər icra edib.

QHT.az xəbər verir ki, tədbirlərdə məişət zorakılığı, bullinq, etik davranış, ünsiyyət, özünəqapanma, qısnama və sair mövzularda maarifləndirmə işləri aparılıb.

Qeyd edək ki, Birliyin sədri Fəallıq Kampaniyası ərəfəsində icra olunan “Bullinqə birlikdə Son deyək” layihəsində təlimçi olaraq fəaliyyət göstərib. 120 qız, 120 oğlan, 20 valideyn mövzu üzrə təlimlərdən yararlanıb. Digər 215 nəfər iştirakçı qismində mövzu üzrə dinləmələrdə iştirak edib.

 

R.İmanov

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı