Xəbərlər 09.12.2023 10:39 2467

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirildi

Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı və Cavan Gənclər Hərəkatının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Yarışda 50 nəfərdən çox gənc iştirak edib. Yarış çərçivəsində təqdim edilən sualların əksəriyyəti Azərbaycan tarixinin müxtəlif dövrlərinə istinad etməklə iştirakçıların tarixi savadlılığının artırılmasına xidmət edib. Yarışın sonunda qaliblər mükafatlandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı