Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovun “Azərbaycan tarixinin dünəni və bu günü” mövzusunda gənclərlə görüşü baş tutub
Millət vəkili Ceyhun Məmmədovun “Azərbaycan tarixinin dünəni və bu günü” mövzusunda gənclərlə görüşü baş tutub. “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyinin təşkilatçı-lığı ilə baş tutan görüşdə Ceyhun Məmmədov Azərbaycan tarixinin mühüm ictimai-siyasi dövrlə-rindən nümunələr çəkib, bugünün və gələcəyin tələblərini gənclərin diqqətinə çatdırıb.
Millət vəkili çıxışında həm də Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizəyə, onun maddi və mədəni sərvətlərinə və regional qarşılıqlı əlaqələrinəə diqqət çəkib və iştirakçılara tarixi prizmadan güclü baxış təqdim edib. Görüş gənclərdə yeni baxış bucağı formalaşdırıb, Azərbaycan tarixini anlamaq və bu regionun hazırkı vəziyyətini qiymətləndirmək imkanı verib. Ceyhun Məmmədovun çıxışı dinləyicilərin böyük marağına səbəb olub.