“Cəmiyyətdə məişət zorakılığına sıfır dözümlülük” mövzusunda tədbir keçirilib - FOTOLAR
Dekabrın 9-da “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq – 2023” kampaniyasının tərkib hissəsi olaraq, “Cəmiyyətdə məişət zorakılığına sıfır dözümlülük” mövzusunda tədbir baş tutdu.
QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq standartlar haqqında təqdimatla çıxış edib. Bu standartların təşviqinə ictimaiyyətin necə töhfə verə biləcəyi müzakirə olundu. 25 iştirakçı - hakimlər, hüquqşünaslar, Vəkillər Kollegiyasının üzvləri və hüquq tələbələri müzakirələrdə fəal iştirak ediblər.
Qeyd edək ki, tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.
R.İmanov