Xəbərlər 31.01.2024 19:33 3168

“Əsas hədəflərimiz regionda daha inkişaf etmiş vətəndaş cəmiyyətinə nail olmaqdır”- QHT sədri ilə MÜSAHIBƏ

Quba Regional QHT-lərin Resurs və Təlim mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev təşkilatın fəaliyyəti, missiyası, məqsədləri, nəailiyyətləri ilə bağlı QHT.az –a MÜSAHİBƏ verib.


QHT.az: Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir, hansı sahələrdə fəaliyyət göstərirsiniz?

 

Eynulla Xeyrullayev: Quba Regional QHT-lərin Resurs və təlim mərkəzi ictimai birliyi regionda vətəndaş cəmiyyətinin inkişafına dəstək verərək, demokratik proseslərə öz töhfəsini verir.

 

QHT.az: Təşkilatınızın missiyası, məqsədləri, nəailiyyətləri haqqında danışa bilərsiniz?

 

Eynulla Xeyrullayev: Təşkilatımız region QHT-lərinə bütün istiqamətlər üzrə öz xidmətlərini göstərir.Bura təlimlər, seminarlaar, komfranslar, texniki xidmətlər daxildir.

 

QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

 

Eynulla Xeyrullayev: Təşkilatımız tərəfindən daim həyata keçirilən maarifləndirmə tədbirləri, əhalinin ehtiyaclarına uyğun sosial layihələr davamlı şəkildə həyata keçirilir.

 

QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz və istiqamətlər nələrdən ibarətdir?

 

Eynulla Xeyrullayev: Təşlilatımızın əsas hədəfləri regionda daha inkişaf etmiş vətəndaş cəmiyyətinə nail olmaq QHT-lərlə digər tərəflərin əməkdaşlığını gücləndirmək qarşıya qoyulmuşdur.

 

Pərvanə Fərhadqızı

QHT.az

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı