Xəbərlər 04.07.2025 10:53 22

Sosial Xidmətlər Agentliyi daha 175 məhkumla bağlı qiymətləndirmə aparıb - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha 8 cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib.

QHT.az xəbər verir ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 7, 14 və 15 saylı cəzaçəkmə müəssisələrində, Şəki və Qobustan penitensiar müəssisələrində, həmçinin Bakı, 2 və 3 saylı istintaq təcridxanalarında keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb olunduqları bildirilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunan cəzaçəkmə müəssisələrində cəzasının başa çatmasına üç ay qalmış 175 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı