Xəbərlər 23.02.2024 19:26 3051

"Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

QHT.az xəbər verir ki, görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir təşkil edilib.

Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Əbdüləziz əl-Kuvari Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkələrimizin rəhbərlərinin səmimi dostluq münasibətləri Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını bildirib: "Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir. Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. 530 illik yubileyinin ölkəmizdən kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır".

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun türk-islam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb. Tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı