Xəbərlər 06.04.2024 10:54 2205

ABŞ İraqda ilk lazer hava hücumundan müdafiə sistemini yerləşdirib

ABŞ-ın Suriya, İraq və İordaniyadakı Yaxın Şərq hərbi qruplaşması bu yaxınlarda müxtəlif silahlı qrupların onlarla pilotsuz təyyarəsi ilə hücuma məruz qalıb. Oktyabr ayından bəri təkcə İranın dəstəklədiyi qüvvələr Amerika bazalarına 150 dəfədən çox hücum edib.

QHT.az xəbər verir ki, buna cavab olaraq ABŞ Ordusu İraqda 50 kVt-lıq lazer hava hücumundan müdafiə sistemini - Stryker piyada döyüş maşınına əsaslanan DE M-SHORADS yerləşdirib. Sistem RTX (keçmiş Raytheon) tərəfindən hazırlanıb və düşmənin PUA-larını, raketlərini və artilleriya sistemlərini məhv etmək üçün nəzərdə tutulub.

Dron əleyhinə lazer sistemləri bir sıra üstünlüklərə malikdir. Xüsusilə, onların nəzəri cəhətdən qeyri-məhdud "sursatları" var - onlar yalnız enerji mənbəyinin mövcudluğundan asılı olan sonsuz sayda atəş edə bilərlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı