Xəbərlər 07.07.2025 10:47 35

Uşaq Səfirlər Məclisinin Kiber Klubunun ilk görüşü baş tutdu - FOTOLAR

Kibertəhlükəsizliyin nə olduğunu anlamaq, özümüzü internetdə necə qoruya biləcəyimizi öyrənmək və gələcəyin texnologiyalarına ilk addım atmaq məqsədilə təşkil olunan təlimin ilk günü uğurla keçirildi.

QHT.az xəbər verir ki, təlimdə iştirakçılar kibertəhlükəsizlik anlayışı ilə tanış oldular, “Hacker kimdir?” sualına cavab tapdılar, hacker növləri (white hat, black hat, gray hat) haqqında məlumat aldılar,  Linux əməliyyat sistemində ilk terminal əmrlərini yerinə yetirməyi öyrəndilər.

Kiber Klub görüşləri hər həftə davam edəcək və ayın sonunda mini CTF (Capture The Flag) yarışması keçiriləcək. Gələcəyin kibermüdafiəçiləri ilə ilk addım atıldı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı