Xəbərlər 19.04.2024 11:26 2578

QHT tərəfindən könüllülər üçün maliyyə savadlılığı mövzusunda təlimlər - FOTOLAR

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən paytaxt və regionlarda könüllülər üçün maliyyə savadlılığı mövzusunda təlimlər keçirilir.

QHT.az xəbər verir ki, ilk təlimlər 15-18 aprel tarixlərində Lənkəran, Şamaxı və Quba rayonlarında təşkil olunub. Təlimlərdə Mərkəzi Bankın əməkdaşları tərəfindən mövzu üzrə e-resurslar, şəxsi maliyyənin idarə edilməsi, gəlir və xərclər planı, rəqəmsal ödənişlərin üstünlükləri haqqında ətraflı məlumat verilib, həmçinin maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin könüllülərin şəxsi inkişafına, bilik və bacarıqlarının artırılmasına dəstək olaraq icra etdiyi proqram çərçivəsində həyata keçirilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı