Xəbərlər 20.05.2024 13:47 2723

Vətən Müharibəsi Qəhrəmanı - şəhid mayor Amid Heydərovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də bu istiqamətdəki döyüşlər zamanı şəhid olub.

Amid Heydərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı