Xəbərlər 23.05.2024 16:23 1564

 Vətəndaşlara Xidmətin Keyfiyyətinin Artırılması Üçün Təlim Keçirilib - FOTOLAR

Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşlarına vətəndaşlara xidmətin keyfiyyətinin artırılması məqsədilə təlim keçirilib.

Hüquq və İnsan Haqları İnstitutunun təlimçiləri bu gün Sabunçu Rayon İcra Hakimiyyətində vətəndaşlara xidmətin keyfiyyətinin artırılması məqsədilə “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçiblər.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva icra hakimiyyəti orqanlarında çalışan əməkdaşlar üçün belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb, həmçinin əməkdaşların bilik və bacarıqlarının daha da artırılması məqsədilə İnstitut tərəfindən təşkil olunan təlimlərin onlar üçün əhəmiyyətli olacağına inandığını bildirib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib və gələcək planlardan söz açıb.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, təlimçi Vüsalə Muradxanlı, həmçinin şöbənin əməkdaşları təlimçi-ekspertlər Ülvi Abbasov və Heydər Həsən oğlu Əliyev təqdimatla çıxış ediblər.

Təlimdə vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya ilə mübarizə mövzuları ətrafında müzakirələr aparılıb, habelə korrupsiya hallarına dair əldə edilən statistik məlumatlar müqayisəli təhlil edilib. Sonda təlimin yekun qiymətləndirilməsi keçirilib və 30 nəfər təlim iştirakçısına sertifikatlar təqdim olunub.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı