Xəbərlər 03.07.2024 23:05 1162

“İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində gənclərlə növbəti görüş keçirilib - FOTOLAR

İyulun 3-də Sabunçu Gənclər Evində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində gənclərlə növbəti görüş baş tutmuşdur.

Görüş zamanı layihə rəhbəri Kənan Məmmədov layihə haqqında gəncləri məlumatlandırmış, Sabunçu gənclərini layihə çərçivəsində hazırlanmış iravanculture.com veb-saytı ilə tanış etmişdir. Görüş zamanı İrəvanın tarixindən bəhs edən və 4 dilə tərcümə edilmiş videoçarxlar da qısa fraqmentlər şəklində gənclərə təqdim edilmişdir.

Sonda gənclərin İrəvanın tarixi barəsində sualları cavablandırılmış, layihə ilə bağlı maraq kəsb edən nüanslara toxunulmuşdur.
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı