Vüsalə Hüseyinli: "Yaxşı olardı ki, digər onlayn saytlara verilən maliyyə dəstəyi kimi QHT.az saytına da verilərdi"
İslahatçı qadınlar və innovasiyalar ictimai birliyinin sədri Vüsalə Hüseyinli:
"QHT.az 9 il yol gəlməsinə baxmayaraq, məncə bir 19 ildir fəaliyyət göstərir.
Nəzərə alsaq ki, Azərbaycanda QHT-lərin fəaliyyətini bir çox saytlar işıqlandırır. Amma professional, ixtisaslaşmış şəkildə yayımlayan QHT.az saytıdır. Buna görə QHT.az-ın kollektivinə dərin təşəkkür edirik. Yaxşı olardı ki, dövlət tərəfindən digər onlayn saytlarına verilən maliyyə dəstəyi kimi qht.az saytına da verilərdi. Necə ki, idman, onlayn qəzetlərə, portallara dəstək verilir…
QHT.az saytına dəstək olardısa onlar daha professional şəkildə, ətraflı şəkildə vətəndaş cəmiyyətinin fəaliyyətini işıqlandırardılar.
Mən başda Cəsarət müəllim olmaqla bir daha həmkarları təbrik edirəm, böyük işlər görürsünüz. Uğurlarınız bol olsun! İnşallah 19, 29, 39 yaşınızı qeyd edəsiniz".