Qədim romalılar tərəfindən tikilən bu yol bütün bəşəriyyətin mirası kimi tanınıb
Appian Yolu qədim Romalılar tərəfindən eramızdan əvvəl 312-ci ildən salınmış və bu günə qədər yaxşı qorunan mühüm magistral yoldur.
QHT.az xəbər verir ki, YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş bu yol, Roma ilə İtaliyanın cənubunu birləşdirən ilk və ən mühüm əsas yollardan biridir. Yolu inqilabi tikinti texnologiyaları ilə inşa edilmişdir və Roma legionlarının hərəkətini sürətləndirərək strateji əhəmiyyət kəsb etmişdir.
Bu gün yol 22 hissədən ibarət monumental mühəndislik ansamblıdır, açıq hava muzeyi və böyük yaşıllıq sahəsi olaraq fəaliyyət göstərir. Turistlər və romalılar üçün istirahət, velosiped sürmək və gəzinti məkanıdır.
Pərvanə Fərhadqızı