Xəbərlər 12.09.2024 09:55 836

İran ordusu Əfqanıstanla sərhəddə hasarlar çəkdiyini açıqlayıb

İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kiumərs Heydəri İranın şimal-şərqindəki sərhəd bölgələrinə səfəri zamanı Əfqanıstanla sərhədin təhlükəsizliyinin təmin edilməsi üçün aparılan tikinti işləri ilə tanış olub.

QHT.az xəbər verir ki, Briqada generalı Heydəri sərhədyanı əraziləri gəzib, quru qoşunları tərəfindən hasarlanma və digər təhlükəsizlik tədbirlərini əhatə edən əməliyyatları müşahidə edib. “Ölkənin şimal-şərq bölgəsində sərhəd divarlarını bağlamaq planı Ordunun mühəndis qrupları tərəfindən uğurla həyata keçirilir”.

İranlı generalın sözlərinə görə, sərhəd layihəsinin başa çatdırılması üçün ordunun quru qoşunlarının bütün mühəndis resursları təmin ediləcək. İranın şərq sərhədləri boyunca Rəzəvi Xorasan əyalətində 330 kilometrlik layihə dörd mühəndis qrupu tərəfindən həyata keçirilir.

Layihə Əfqanıstanla 945 kilometrlik sərhəddə təhlükəsizliyin yaxşılaşdırılması məqsədi daşıyır.
 
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı