Xəbərlər 21.06.2025 21:15 19

Tramp niyə İrana düşünmək üçün iki həftə vaxt verdi?

ABŞ prezidenti Donald Tramp iki həftə ərzində İsrailə birbaşa hərbi yardım edib-etməyəcəyinə qərar vermək istədiyini açıqlayıb.

QHT.az xəbər verir ki, Tramp ABŞ-ın İranla müharibəyə müdaxiləsinin zəruri olub-olmaması, əməliyyatın tez və təsirli olması, həmçinin nüvə proqramının məhv ediləcəyinə əmin olmaq istəyir. Tramp, İranın nüvə obyektlərinə zərbə endirməyi və Fars körfəzindəki Amerika bazalarına cavab zərbələrinin qarşısını almağı nəzərdə tutur, lakin bu, ABŞ üçün uzunmüddətli qeyri-sabitliyə və resurs sərfiyatına səbəb ola bilər. Bəzi amillər Trampı müharibəni təxirə salmağa və İranın təslim olmasını və ya İsrailin nüvə obyektlərini məhv etməsini gözləməyə təşviq edə bilər.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı