Ağstafada uşaqların hüquqlarına həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Ağstafa rayonunda Uşaq Səfirlər Məclisinin regional nümayəndələri Lahirə Hüseynova və Aytac Məmmədovanın təşəbbüsü, eləcə də Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Dünya Uşaqların Gözü ilə" adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunması və bu sahədəki məsələlərin müzakirəsi olub.
QHT.az xəbər verir ki, tədbir çərçivəsində uşaqların hüquqları, onların ailə, məktəb və cəmiyyət içindəki yeri geniş şəkildə müzakirə edilib. "Sağlam və hüquqlarını bilən uşaq gələcəyin təməlidir" fikri əsas götürülərək, tədbir “dövlətin gələcəyi bizimlədir” ideyası ilə yekunlaşıb.