Deputat: "Dəmiryolu sektorundakı islahatlar sərnişinlərin rahatlığını artıracaq"
Deputat Vüqar Bayramov, Azərbaycanda dəmiryolu sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O, dəmiryolu xidmətlərinin qlobal gəlirlərinin artdığını qeyd edərək, Azərbaycanın da bu trendlərdən faydalanmalı olduğunu bildirib.
QHT.az xəbər verir ki, deputat yeni tətbiq edilən 3% keşbek və 15% endirimli bilet satış sisteminin sərnişinlərə əlavə üstünlüklər təqdim edəcəyini, dinamik qiymət siyasətinin isə sərnişinlərin səyahət xərclərini daha da optimallaşdıracağını bildirib. O, bu islahatların müasir tələblərə cavab verdiyini və dəmiryolu sektorunun inkişafına təkan verəcəyini qeyd edib.
Deputat, gələcəkdə bu sahədəki islahatların daha da genişlənəcəyinə və sərnişinlərin rahatlığının artırılmasına yönələcəyinə inandığını vurğulayıb.
Pərvanə Fərhadqızı