Xəbərlər 24.06.2025 11:09 120

"Yaşayış minimumu haqqında" qanunun qəbulu vətəndaşın sosial rifahını artıracaq" - QHT sədri

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamasında "Yaşayış minimumu haqqında" qanunun qəbul edilməsinin əsas məqsədinin məbləğlərin artırılması və boşluqların doldurulması olduğunu bildirib.

QHT sədri qanun dəyişiklikdən sonra yaşayış minimumunun 285 manat olmasının, bütün boşluqları dolduracaq şəkildə qəbul edildiyini vurğulayıb:

"Bu artım, vətəndaşın sosial müdafiəsini, sosial rifahını və rifahının yüksəldilməsini təmin edəcək. Əslində, istehlak səbətinin gücləndirilməsi birbaşa olaraq vətəndaşın rifahının və məmnuniyyətinin artırılmasına xidmət edir. Biz artıq bir müddətdir ki, müxtəlif sosial islahat paketləri həyata keçiririk və bu islahat paketlərinin fonunda yaşayış minimumu haqqında qanun da qəbul olunub. Bu, dolayısıyla vətəndaşın sosial rifahına, tibbi xidmətin artırılmasına və digər sahələrə yönəldilmişdir. Burada, hər zamanki kimi, başlıca faktor insan və vətəndaşdır. Əhali və əhalinin minimum yaşayışının artırılması, həmçinin sosial müdafiəyə ayrılan diqqət, dövlətin və Milli Məclisin dəstəyi ilə həyata keçirilir. Bu qanunlar və islahat paketləri, vətəndaşın həyatına müsbət təsir göstərəcək."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı