Xəbərlər 25.10.2024 00:34 2878

Xalq Yazıçısı Anara “Yaşayan Ədəbi Dəyərlər” medalı təqdim edildi - FOTOLAR

Ənənəvi Beynəlxalq Trabzon Ədəbiyyat Festivalında, Azərbaycanın Xalq Yazıçısı Anar yüksək mükafata layiq görülüb. Festival çərçivəsində keçirilən tədbirdə Anara “Yaşayan Ədəbi Dəyərlər” medalı təqdim edilib. Bu nüfuzlu mükafat, onun Azərbaycan ədəbiyyatına verdiyi böyük töhfələrin və dəyərli əsərlərinin beynəlxalq aləmdə tanınmasının göstəricisi kimi dəyərləndirilib.

QHT.az xəbər verir ki, Festivalda iştirak edən Anar, belə bir mükafata layiq görülməyin onun üçün böyük şərəf olduğunu bildirərək, Azərbaycan ədəbiyyatının daha geniş oxucu kütləsinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Trabzon Ədəbiyyat Festivalı dünyanın müxtəlif ölkələrindən gələn ədəbiyyat nümayəndələrini bir araya gətirən önəmli mədəni tədbirlərdən biridir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı