Xəbərlər 31.01.2025 00:24 308

Şahin Qədirin "Zəngəzura gedən qatar" adlı kitabının imza təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda vətənpərvər şair Şahin Qədirin "Zəngəzura gedən qatar" adlı kitabının imza təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, təqdimatda şairin yaradıcılığı, kitabın mövzusu və onun oxuculara verəcəyi mesajlar geniş müzakirə edilib. Şahin Qədirin yeni kitabı vətənpərvərlik ruhunda qələmə alınıb və Zəngəzurla bağlı tarixi və mənəvi bağlılığı əks etdirir.

Tədbirə ədəbiyyatsevərlər, yazıçılar və jurnalistlər qatılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı