Xəbərlər 05.02.2025 19:01 206

“Masallı” voleybol komandası zona qalibidir

Komanda respublika birinciliyinə vəsiqə qazanıb 

18 yaşadək oğlanlar arasında keçirilən voleybol idman növü üzrə respublika birinciliyinin zona yarışlarına yekun vurulub.

Şirvan Olimpiya İdman-Kompleksində iki gün (1-2 fevral) davam edən yarışlarda 8 rayon komandası mübarizə aparıb. 
Dairəvi sistem üzrə keçirilən yarışın finalında Masallı idmançıları Hacıqabul rayonunun voleybol komandası ilə qarşılaşıb. Görüşdən qalib ayrılan “Masallı” komandası birinci yerə layiq görülərək respublika birinciliyinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Masallı” voleybol komandasını yarışlara Əməkdar məşqşi Süfəddin Məmmədov hazırlayıb.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı