Xəbərlər 06.05.2025 23:10 33

Futbol üzrə respublika birinciliyinin zona mərhələsi - MASALLIDA

Futbol üzrə respublika birinciliyinin zona mərhələsi - MASALLIDA

 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan məktəblilər arasında mini-futbol üzrə respublika birinciliyinin zona mərhələsi keçirilir.
N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbindəki yeni idman meydançasında təşkil edilən yarışlar öncəsi Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla anılıb, Dövlət Himnimiz səsləndirilib.  
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev yeni mini-futbol meydançasının açılışı və ənənəvi respublika birinciliyinin başlanması münasibətilə idmançıları təbrik edib, yarış iştirakçılarına uğurlar arzulayıblar. 
Bildirilib ki, birinciliyin keçirilməsində məqsəd Ulu Öndərin irsinin təbliği, məktəblilərin futbol idman növünə marağının artırılması, perspektivli idmançıların aşkarlanmasıdır.
Sonra yarışlara start verilib. 
Məlumat üçün bildirək ki, üç gün (06-08 may) davam edəcək zona yarışlarında 2010-2011-ci il təvəllüdlü idmançılardan ibarət komandalar iki yarımqrupda (“A” qrupunda Masallı, Lənkəran, Ağdam, Şirvan, Hacıqabul, Salyan, “B” qrupunda Ağcabədi, Neftçala, Cəlilabad, Astara, Biləsuvar) mübarizə aparacaqlar. 

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı