Xəbərlər 17.02.2025 13:32 331

Nadir Adilova "Femida Könüllülərinin dostu" plaketi təqdim olunub - FOTOLAR

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Forumda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da çıxış edib.

QHT.az xəbər verir ki, Nadir Adilov Femida Könüllüləri Təşkilatı ilə sıx əməkdaşlıq etdiklərini və könüllülərin fəaliyyətindən məmnun olduqlarını bildirib:

"Könüllülər bizim fəaliyyətimizə də cəlb olunub. Onlardan öyrənəcəyimiz məsələlər də çoxdur. Gənclər bacarıqlıdır, yenilikçidir. Onu da qeyd edim ki, müasir dövrdə hüquq sistemi çəkişmə prinsipindən uzlaşma prinsipinə keçid mərhələsindədir. Ona görə də təşkil edilən tədbirlərdə, rəmzi məhkəmə proseslərində mediasiyanı da nəzərə almaq məqsədəuyğundur. Yəni tərəflərin təkcə çəkişmə deyil, uzlaşma prinsipinin də olduğunu göstərməliyik. Yəni, uzlaşma mədəniyyətinin hüquq mədəniyyəti olaraq davam etdirilməsi tövsiyə olunur".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı