Xəbərlər 19.02.2025 09:10 139

"İqlim Dəyişikliyi və İnsan Hüquqları" müsabiqəsi uğurla keçirilib

BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyi Ombudsman Aparatı ilə tərəfdaşlıq çərçivəsində "İqlim dəyişikliyi və insan hüquqları" mövzusunda araşdırma-yazı müsabiqəsini uğurla təşkil edib. Müsabiqədə 9 komanda və 45 tələbə iştirak edib.

QHT.az xəbər verir ki, tədbirin məqsədi tələbələrə iqlim fəaliyyəti ilə insan hüquqları arasındakı əlaqəni araşdırmaq imkanı yaratmaq, biliklərini artırmaq və akademik yazı bacarıqlarını inkişaf etdirmək olub. Eyni zamanda, gənc düşüncələri bu vacib mövzuda dialoqa cəlb etməklə maarifləndirməni gücləndirmək və gələcək liderləri dayanıqlı və hüquqa əsaslanan həllərin müdafiəsinə ruhlandırmaq hədəflənib.

Müsabiqənin qalib komandası (I yer) araşdırma-yazısını böyük məmnuniyyətlə təqdim edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı