Xəbərlər 21.02.2025 13:26 214

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində növbəti görüşlər Gəncədə olub - FOTOLAR

UNEC-in reallaşdırdığı “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində növbəti görüşlər Gəncə şəhərində olub.

QHT.az xəbər verir ki, rektor, professor Ədalət Muradov, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov, akademik Nizami Cəfərov Gəncə şəhərindəki 27 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 11 nömrəli tam orta məktəbdə görüşlər keçiriblər. Görüş zamanı rektor professor Ədalət Muradov layihənin məqsədinin uşaqlarda erkən yaşlarından elmə maraq oyatmaq, elmin gözəlliyi, əhəmiyyəti barədə onları məlumatlandırmaq olduğunu deyib. Həmçinin şagirdlərə elmin müxtəlif sahələri ilə tanış olmaq və həmin sahələr üzrə karyera imkanları haqqında geniş məlumat əldə etmək üçün böyük fürsət yaratdığını vurğulayıb.

Sonra professor Misir Mərdanov və rektor Ədalət Muradov maraqlı təşəbbüslər irəli sürüblər:

- Şagirdlərin elmi istedadlarını erkən yaşlardan aşkarlayıb, həmin sahədə potensiallarını inkişaf etdirmək məqsədilə onlara elmi institutlar tərəfindən dəstək göstərilməsi;

- Ali təhsil müəssisələri tərəfindən şagirdlər üçün müxtəlif fənlər üzrə olimpiadaların təşkil olunması və olimpiadada qalib gəlmiş şagirdlərin həmin ali təhsil müəssisəsinə qəbul olduqda müvafiq fənn imtahanından azad edilməsi;

- Elm Günü münasibətilə UNEC-də hər il ənənəvi olaraq keçirilən “Elm festivalı”nda istedadlı şagirdlərin startaplarının, yaradıcı məhsullarının nümayiş etdirilməsi;

- istedadlı şagirdlərin alimlərlə birlikdə nümunəvi təcrübələr apara bilmələri üçün UNEC-də “Açıq laboratoriya günləri”nin keçirilməsi.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı