“Ötən illər ərzində Xocalı soyqırımı ilə bağlı Avropada mübarizəmizi davam etdirmişik” - Akif Kərimov /FOTOLAR/ VİDEO
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlamasında bildirib ki, ötən illər ərzində Xocalı soyqırımı ilə bağlı Avropanın müxtəlif ölkələrində mütəmadi olaraq aksiyalar və mitinqlər keçiriblər.
O, qeyd edib ki, bu illər ərzində Köln, Stokholm, Belçika, Hollandiya, Rumıniya, Türkiyə, Strasburq və digər ölkələrdə Azərbaycan bayrağı ilə çıxış ediblər:
"Strasburqda böyük mitinq təşkil etdik. Ermənilər bizə basqın etməyə çalışsalar da, heç nə edə bilmədilər. Biz mitinqimizi davam etdirdik. Orada MP Millətçi Hərəkat Partiyasının üzvləri və 40 təşkilat bizim aksiyamıza qoşularaq bizə dəstək verdilər. Polis erməniləri müdafiə etməyə cəhd etsə də, biz mitinqi sona qədər davam etdirdik."
Akif Kərimov vurğulayıb ki, bu tədbirlərdə bir çox ictimai xadimlər və millət vəkilləri iştirak ediblər:
"Bizimlə birlikdə Niyaməddin Musayev, İlhamə Quliyeva, millət vəkillərindən Arif Rəhimzadə, eləcə də Prezident Administrasiyasının QHT-lərlə iş şöbəsinin müdiri Qafar Əliyev, QHT-lərin diaspora təşkilatının o vaxtkı rəhbəri, hazırda millət vəkili olan Əkrəm Abdullayev və İlham İsmayılov da iştirak edirdi."
Akif Kərimov bildirib ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu cür tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır və gələcəkdə də bu fəaliyyətlərin davam etdirilməsi vacibdir.
Pərvanə Fərhadqızı